RU

Navalnının vəkili azadlığa buraxıldı

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Aleksey Navalnının vəkili İqor Serqunin həbs cəzasını çəkdikdən sonra azadlığa buraxılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Perviy otdel” insan haqları təşkilatı məlumat yayıb.

Bildirilib ki, Serqunin Rusiya Federal Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasını tərk edib.

Qeyd edək ki, vəkil 13 oktyabr 2023-cü ildən həbsdə idi. O, “ekstremist icma”da iştirak etdiyinə görə üç il yarım həbs cəzasına məhkum edilib.

Aleksey Navalnının digər iki vəkili - Aleksey Liptser və Vadim Kobzev hələ də həbsdədir. Onlar müvafiq olaraq beş və beş il yarım həbs cəzasına məhkum ediliblər.

Navalnının hər üç vəkilinə üç il müddətinə vəkillik fəaliyyəti qadağan edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
1
yeniavaz.com

2Источники