RU

Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbsEDİLDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin baş zabiti Şamil Alıyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, istintaq orqanı tərəfindən Şamil Alıyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, cinayət işi üzrə araşdırmalar davam etdirilir.

***

21:06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üç vəzifəli şəxsi həbs edilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, qurumun Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Etibar Əliyev, Cəbrayıl rayon şöbəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin rəis müavini Niyam Mədətsoylu və Saatlı rayon şöbəsinin zabiti Araz Kərimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Etibar Əliyev, Niyam Mədətsoylu və Araz Kərimli tutduqları vəzifələrdən müvəqqəti kənarlaşdırılıblar.

Etibar Əliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri, Niyam Mədətsoyluya 311.3.2-ci maddə, Araz Kərimliyə isə 311.1-ci maddə ilə ittiham irəli sürülüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.

Onlar rüşvət almaqda ittiham olunurlar.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir neçə rayon şöbəsində də əməliyyat keçirilir.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində əməliyyat keçirib, saxlanılanlar var.

Redaktor.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

Bildirilib ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ və Cəbrayıl rayon şöbələrində əməliyyat keçirib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb.

Şöbə əməkdaşları korrupsiya cinayətlərində ittiham olunurlar.

Hazırda saxlanılan şəxslərin adlarını dəqiqləşdiriririk.

Əlavə məlumat veriləcək.

Избранный
33
20
redaktor.az

10Источники