RU

Məktəblərə "Son zəng" tədbiri barədə təlimat göndərildi (FOTO)

Bakı. Trend:

Azərbaycanda "Son tədbiri"nin keçirilməsi ilə bağlı bütünməktəblərə nazirlik tərəfindən Təlimat göndərilib.

Trend-in əldəetdiyi məlumata görə, məktəblərdə “Son zəng” tədbirinin təşkiledilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir,tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verənhər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.

Tədbir isə məktəbin həyətində, həyətyanı sahəsi olmayanmüəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır.

Tədbir tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsizşərait təmin edilməlidir.

“Son zəng” tədbiri 13 iyun 2026-cı il tarixində səhər saat9:00-da başlamalı və ən gec 2 saat ərzində bitməlidir. “Son zəng”tədbirində aşağıdakı şəxslərin iştirak edə bilər:

1-ci və 11-ci sinif şagirdlərinin valideynləri(qəyyum/himayəçi);

Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ,RTİ);

Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polisnümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhidailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatındaxüsusi rolu olan valideynlər.

Təlimatda şagird geyimi, nizam-intizam və etik davranıştələbləri də var. Təlimata görə, şagirdlər tədbirdə məktəbliformasında olmalıdır, məzunların xarici görünüşü təhsilmüəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəliolmalıdır. Bayraq müşayiəti ilə səsləndirmə yol verilməlidir.

Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi vəbədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə rəhbəritərəfindən imza və möhürlə təsdiqlənməlidir. Tədbirin açılışıAzərbaycan Respublikasının Dövlət Himni ilə başlamalı, daha sonraşəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.

Bundan əlavə, xüsusi tələb və əeydlər də var. Belə ki, tədbirdətəşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləriaparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərəhədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır. Tədbirinbədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkilolunmalıdır.

Məktəblərə
Məktəblərə
Məktəblərə
Məqalədə:
Избранный
33
25
az.trend.az

10Источники