RU

Tanınmış teleaparıcı vəfat etdi

Rusiyanın Birinci Kanalında yayımlanan "İnsan və Qanun" (Человек и закон) proqramının aparıcısı olmuş Aleksey Pimanov 64 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Birinci Kanalın yaydığı rəsmi məlumatda bildirilir:

"Aleksey Pimanovun ürəyi dözmədi. Kollektivimiz üçün əvəzolunmaz itkidir. Onun yaxınlarına və ailəsinə dərin hüznlə başsağlığı veririk".

Pimanov tamaşaçılara daha çox 1996-cı ildən bəri rəhbərlik etdiyi "İnsan və Qanun" verilişi ilə tanış idi. Bununla yanaşı, o, "Sağlam yaşamaq" (Жить здорово), "Kreml-9", "Kumirlər", "Ordu mağazası" (Армейский магазин), "Əsrin sirləri" (Тайны века) kimi bir çox populyar layihələrin prodüseri olub.

Избранный
58
publika.az

1Источники