RU

Gürcüstanın Azərbaycandakı səfiri Acarıstan hökumətinin rəhbəri vəzifəsinə namizəd göstərilib

Bakı. Trend:

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkənin Azərbaycandakıhazırkı səfiri Zurab Pataradzeni Acarıstan Acarıstan MuxtarRespublikası hökumətinin sədri vəzifəsinə namizəd kimi təqdimedib.

Trend xəbərverir ki, bu barədə Mixeil Kavelaşvili bugünkü brifinqdə məlumatverib.

Pataradzenin namizədliyi Acarıstan Ali Şurasının səs çoxluğu ilətəsdiqlənməlidir.

Kavelaşvilinin sözlərinə görə, Pataradze dövlət qulluğu vədiplomatik fəaliyyət sahəsində böyük təcrübəyə malikdir.

“Zurab Pataradze uzun illər diplomatik xidmətdə səmərəli çalışıbvə beynəlxalq arenada Gürcüstanın maraqlarını layiqincə müdafiəedib. O, Acarıstanın yerli sakinidir, regionun ehtiyaclarını vəpotensialını yaxşı bilir”, — deyə Gürcüstan Prezidentivurğulayıb.

Pataradze 2018-ci ilin avqustundan etibarən GürcüstanınAzərbaycandakı səfiri vəzifəsini tutur. O, 2016–2018-ci illərdə dəAcarıstan hökumətinə rəhbərlik edib. Diplomat müxtəlif illərdəGürcüstanın Qazaxıstan və Türkiyədəki səfiri, həmçinin İstanbuldabaş konsul kimi fəaliyyət göstərib.

O həmçinin Gürcüstan Xarici İşlər Nazirliyinin konsulluqxidmətində çalışıb, 1990-cı illərdə isə Acarıstan MuxtarRespublikasının Daxili İşlər Nazirliyinin mərkəzi aparatında vəBatumidə bank sektorunda işləyib.

Məqalədə:
Избранный
96
1
az.trend.az

2Источники