RU

Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketinin təfərrüatı məlum olub

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edib.

Aznews.az xəbər verir ki, Aİ-nin sanksiya paketində Rusiya tətbiq olunan məhdudiyyətlər məlum olub.

Belə ki, enerji sahəsində tətbiq olunan məhdudiyyətlərə görə, Aİ Rusiya neftinin dəniz yolu ilə daşınmasını qadağan etməsə də, gələcəkdə belə bir qadağa üçün hüquqi əsas yaradıb.

Rusiyanın 46 tanker qara siyahıya salınıb. ​​Onların ümumi sayı hazırda 632-dir.

2027-ci ilin yanvar ayından etibarən LNG terminallarına Rusiya şirkətlərinə xidmət göstərmək qadağan olunub.

Rusiya LNG tankerlərinə və buzqıran gəmilərinə texniki xidmət və digər xidmətlərin göstərilməsi də qadağan olunub.

Murmansk və Tuapse limanları, eləcə də İndoneziyanın Karimun limanındakı neft terminalı ilə əməliyyatlara da qadağa tətbiq olunub.

Maliyyə sahəsindəki sanskiyalara gəldikdə isə, 20 Rusiya bankı ilə əməliyyatlara qadağa qoyulub.

Bundan əlavə, kripto aktivlərinin mübadiləsinə icazə verən Rusiya platformalarına qarşı sektoral sanksiyalar da tətbiq olunub. RUBx kriptovalyutası ilə əməliyyatlar qadağan olunub.

Избранный
26
2
aznews.az

4Источники