RU

Sülhü pozmaq istəyənlər Ermənistanda geniş "genosid tədbirlırinə" hazırlaşır...



Qondarma “erməni soyqırımı” məsələsi Cənubi Qafqaz və region dövlətləri arasında İrəvanın siyasəti səbəbindən hələ də ən həssas mövzulardan biri kimi qalır.Bu gün də“erməni soyqırımı”iddiaları ilə bağlı fərqli mövqelər Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinin normallaşmasına ciddi təsir göstərən amillərdən biri kimi çıxış edir. Bu məsələ təkcə tarixi mübahisə deyil, həm də siyasi, diplomatik və psixoloji baryerlər yaradan bir faktor kimi qiymətləndirilir.

İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistanın daxili və xarici siyasətində bu mövzunun ön plana çıxarılması, onun region ölkələri ilə münasibətlərində kompromis imkanlarını məhdudlaşdırır. Xüsusilə Türkiyə ilə münasibətlərdə bu məsələ əsas maneə kimi qalmaqdadır. Türkiyə haqlı olaraq rəsmi olaraq bu hadisələri soyqırımı kimi tanımır və məsələnin tarixçilər tərəfindən araşdırılmasının vacibliyini vurğulayır. Ermənistan isə beynəlxalq səviyyədə bu iddiaların tanınmasına çalışır və bunu diplomatik prioritet kimi saxlayır. Həm də bu ziddiyyət nəticəsində iki ölkə arasında uzun illərdir diplomatik münasibətlər qurulmayıb və sərhədlər bağlı qalır. Bu vəziyyət dolayısı ilə Azərbaycan-Ermənistan münasibətlərinə də təsir edir. Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir və Ankara ilə İrəvan arasındakı gərginlik Bakı ilə İrəvan arasında da əlavə etimadsızlıq yaradır. Ermənistanın tarixi məsələləri siyasi alətə çevirməsi Azərbaycanda da müvafiqyanaşma formalaşdırır. Bu isə regionda sülh və əməkdaşlıq perspektivlərini zəiflədir.Belə bir vaxtda Nikol Paşinyan hakimikyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyini bəyan etsə də yenə “erməni soyqırımı” məsələsi ilə bağl qeyri-adekvat addımlar atır.Belə ki, məlumata görə “erməni soyqırımı”nın 111-ci ildönümü ilə bağlı İrəvanda anım tədbirləri və məşəl yürüşü keçriləcək. Hətta anım tədbirləri və məşəl yürüşü iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə İrəvanın bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məşəl yürüşü iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün Respublika Meydanına aparan küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq: "Saat 20:00-dan etibarən nəqliyyatın hərəkəti aşağıdakı istiqamətlərdə məhdudlaşdırılacaq: Respublika Meydanı - Əmiryan küçəsi, Maştots prospekti - Fransa meydanı, Baqramyan prospekti - Dostluq meydanı, Kiyevyan küçəsi - Kiyevyan körpüsü, Halabyan və Kirk Kerkoryan küçələrinin kəsişməsinə qədər". Departamentdən verilən məlumata görə, 24 aprel tarixində saat 6:00-dan 12:00-dək aşağıdakı yollar hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanacaq: Qələbə Körpüsündən Atenk küçəsinə və Tsitsernakaberd kəsişməsindən Kirk Kerkoryanküçəsinə qədər olan hissə və Hrazdan dərəsindən Hrazdan stadionuna gedən yol hissəsi. Tsitsernakaberd Xatirə Kompleksinə giriş əsas xiyabandan, Kirk Kerkoryanküçəsindən, çıxış isə Braziliya Meydanına doğru olacaq". Mənbənin məlumatına görə, Braziliya Meydanından pulsuz ictimai nəqliyyat təmin ediləcək. Daxili İşlər Nazirliyi sonda bildirib ki,dövlət anım tədbirlərində iştirak edənlərin təhlükəsizliyini təmin etmək üçün Tsitsernakaberdə ictimai giriş səhər saat 7:00-dan 10:00-dək müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bunlara paralel olaraq,“soyqırımı” məsələsinin beynəlxalq platformalarda aktiv şəkildə gündəmdə saxlanılması da region dövlətləri arasında əlavə siyasi gərginlik yaradır. Ermənistan müxtəlif ölkələrin parlamentlərində bu hadisələrin tanınmasına nail olduqca, Türkiyə və Azərbaycan tərəfindən bu addımlar mənfi qarşılanır. Bu isə yalnız ikitərəfli deyil, çoxtərəfli münasibətlərə də təsir edir və regionda bloklaşmanı gücləndirir. Məsələnin psixoloji tərəfi də az əhəmiyyətli deyil. Tarixi yaddaş və kollektiv kimlik faktorları xalqlar arasında qarşılıqlı etimadın formalaşmasında mühüm rol oynayır. Ermənistan cəmiyyətində bu hadisələrin milli faciə kimi təqdim olunması, Türkiyə və azərbaycanlılara qarşı mənfi stereotiplərin formalaşmasına səbəb olur. Bununla belə, bəzi ekspertlər hesab edir ki, bu məsələni siyasi gündəlikdən çıxarıb akademik və elmi müstəviyə keçirmək münasibətlərin normallaşmasına töhfə verə bilər. Tarixi hadisələrin birgə komissiyalar tərəfindən araşdırılması və arxivlərin açılması kimi addımlar qarşılıqlı anlaşmanı artırmaq potensialına malikdir. Lakin hazırkı siyasi şəraitdə bu cür təşəbbüslərin reallaşması çətin görünür. Ermənistanın bu mövzunu beynəlxalq siyasətdə prioritet kimi saxlaması onun regionda iqtisadi və nəqliyyat layihələrində iştirak imkanlarını da məhdudlaşdırır. Türkiyə və Azərbaycanla bağlı sərhədlərin bağlı qalması Ermənistanın iqtisadi inkişafına mənfi təsir göstərir. Halbuki münasibətlərin normallaşması regionda ticarət, enerji və nəqliyyat sahələrində yeni imkanlar yarada bilərdi. Ümumiyyətlə,“erməni soyqırımı” iddiaları Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinin yaxşılaşmasına ciddi maneə yaradan amillərdən biridir. Bu məsələ yalnız tarixi mübahisə kimi deyil, həm də siyasi alət və ideoloji faktor kimi istifadə olunduğu müddətdə regionda davamlı sülhün əldə olunması çətin olaraq qalacaq. Münasibətlərin normallaşması üçün tərəflərin daha praqmatik yanaşma sərgiləməsi, tarixi məsələləri siyasi təzyiq vasitəsinə çevirməməsi və qarşılıqlı etimadın bərpasına yönəlmiş addımlar atması vacibdir. Yalnız bu halda Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün real zəmin yarana bilər. Hər halda Azərbaycan və Türkiyə də məhz bunu deyir. Bunu da nəzərə almaq lazımdır ki, son illərdə regionda müəyyən normallaşma cəhdləri olub. Məsələn, Türkiyə və Ermənistan arasında xüsusi nümayəndələr vasitəsilə danışıqlar aparılıb. Bu göstərir ki, tərəflər tamamilə dalana dirənmiş vəziyyətdə deyil, sadəcə proses yavaş və həssasdır. Amma “erməni soyqırımı” mövzusu doğrudan da münasibətlərin yaxşılaşmasına maneələrdən biridir.

Tahir TAĞIYEV

Избранный
31
baki-xeber.com

1Источники