RU

QR kod sistemləri məktəblərdə davamiyyəti daha şəffaf və avtomatlaşdırılmış edir Ekspert

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı elektron davamiyyət sisteminin tətbiqi maraqlı və müasir yanaşmadır. Amma bunu bütün Bakı məktəblərinə yaymaq məsələsi bir az daha kompleks məsələdir".

Bunu Redaktor.az-a açıqlamasında "Master of Science" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi.

Müsahibimiz QR kod sistemini digər Bakı məktəblərinə yaymaq məsələsinin mürəkkəbliyini izah etdi:

"Texniki imkanlar məsələsi var. Bütün məktəblərdə stabil internet, cihazlar, yəni telefon, planşet və yaxud da xüsusi skanerlər və texniki dəstək eyni səviyyədə deyil. Bəzi məktəblərdə bu sistem problemsiz işləyə bilər, digərlərində isə tez-tez nasazlıqlar yarana bilər. İnsan faktoru var, çünki müəllimlərin və şagirdlərin texnologiyadan istifadə bacarığı fərqlidir. Sistem sadədir, amma hamının ona uyğunlaşması üçün vaxt və təlim lazımdır. QR kod sistemləri davamiyyəti daha şəffaf və avtomatlaşdırılmış edir. Amma bu, 100% ideal deyil. Məsələn, şagird başqasının telefonu ilə qeydiyyatdan keçə bilər, əgər əlavə yoxlama mexanizmi yoxdursa, bu hal baş verə bilər. Buna baxmayaraq, belə sistemlərin üstünlükləri var. Kağız işlərini azaldır, valideynlər üçün daha operativ məlumat imkanı yaradır, eləcə də məktəb rəhbərliyi üçün statistik analizləri asanlaşdırır. Buna ehtiyac var, amma eyni anda yox, daha məntiqli yanaşma pilot layihədir. Məsələn, bir neçə məktəb üzərindən sistemi təkmilləşdirmək və sonra mərhələli şəkildə yaymaq daha məqsədəuyğundur".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
101
1
redaktor.az

2Источники