RU

Bağça qalmaqalı: Uşağımın nə yediyini gördüm, məni ağlamaq tutdu

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən “Esmanur” uşaq bağçası ətrafında qalmaqal davam edir.

Valideynlər iddia edir ki, uşaqlara menyuda göstərilən qidalar təqdim olunmur, əvəzində daha keyfiyyətsiz məhsullar verilir. Onların sözlərinə görə, bu hal artıq bir neçə aydır davam edir.

“Hər şey sadəcə görüntü olaraq bizə təqdim edilir. Daima kamera problemi yaşayırıq. Bağça dekabr ayında qrant layihə qazandı və bu layihə çərçivəsində bizə müəyyən vədlər verildi. Lakin bu vədlərin heç biri qarşılanmadı və şikayətimizi bildirdiyimiz təqdirdə, hər ay "düzələcək" deyə problemlərlə qarşılaşırıq. Uşaq başına 400 manat ödəniş olunur. Lakin bağçada 400 manatlıq heç bir xidmət yoxdur", - deyə valideynlər vurğulayıblar.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, şikayət edənlər arasında stomatoloq Nilufər Kərimzadə də var. O, hər iki övladının həmin bağçaya getdiyini və kiçik oğlunun səhhətində ciddi problem yarandığını deyir.

Valideynin sözlərinə görə, 2 yaş 8 aylıq oğlu bağçada qəbul etdiyi qidalardan sonra bağırsaq infeksiyasına yoluxub:

“Mənim bu məsələni gündəmə gətirməkdə məqsədim 2 övladımın o baxçaya getməsi və o qidaları balalarımın yeməsidir! Bu gün bu məsələyə görə heç işə gedə bilməmişəm. Hansı valideyn istəyər ki, hər şeydən qoruduğu balası uşaq orqanizminə zərərli viruslar daşıyan broyler farşı yesin və bununla gündəmə gəlsin?!

2 gündür bütün əsəblərim pozulub, bilənlər bilir, o paylaşımlara baxdıqca ancaq ağlayıram. Balalarım nə yeyirmiş...

Hazırda 2 yaş 8 aylıq olan oğlum bağırsaq infeksiyasına yoluxduğu üçün müalicə alır. Mən bunu məqsədyönlü şəkildə etmiş olsaydım, aprelin 16-da oğlum üçün PCT və qanın ümumi analizini özəl xəstəxanada deyil, dövlət xəstəxanasında verərdim ki, uşaq orada qeydiyyata düşsün!

Uşağımda anidən yaranan qızdırma nəticəsində mərmər dəri müşahidə olundu. Bu hal uşaqlarda infeksiyaya yoluxma zamanı yaranır (araşdıra bilərsiniz)! Analiz cavabını da, oğlumun dərisini də paylaşacağam!”.

Lalə Novruz,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
www.bakupost.az

1Источники