RU

Xərçəngin sadə əlaməti – 26 yaşlı qadının hekayəsi

Avstraliyalı 26 yaşlı Sambl Ari xərçəng xəstəliyindən şübhələnməsinə səbəb olan qeyri-adi simptom barədə danışıb.

Redaktor.az xəbər verir ki, oun hekayəsini “The Sun” nəşri yayıb.

Ari bildirib ki, xəstəliyin ilk əlamətlərindən biri uzun müddət davam edən güclü qaşınma hissi olub. Bu narahatlıq nə qədər davam etsə də keçməyib. O, əvvəlcə bunu dəri problemi və ya allergiya ilə əlaqələndirib, lakin istifadə etdiyi adi müalicə vasitələri heç bir effekt verməyib.

“Demək olar ki, dayanmadan qaşınırdım və nə baş verdiyini anlaya bilmirdim, nəhayət müayinəyə getməyə qərar verdim”, – deyə o bildirib.

Gənc qadın qeyd edib ki, diaqnoz qoyulanadək artıq xərçəng xəstəliyindən şübhələnməyə başlamışdı. Lakin xəstəliyin təsdiqlənməsi yeddi ay çəkib. Bu müddət ərzində həkimlər onun simptomlarını ekzema və digər nisbətən yüngül xəstəliklərlə əlaqələndiriblər.

Yalnız boynunda şiş əmələ gəldikdən və qan analizlərində dəyişikliklər aşkar edildikdən sonra həkimlər ona qeyri-Hodgkin limfoması diaqnozu qoyublar.

Aytəkin TOFİQQIZI

Избранный
72
1
redaktor.az

1Источники