RU

Abituriyentlərin üçüncü ixtisas qrupuna seçməməsinə SƏBƏB NƏDİR? - VİDEO

Son illər Azərbaycanda ali təhsil üzrə seçim tendensiyaları dəyişib. Bir vaxtlar ən prestijli hesab edilən üçüncü ixtisas qrupuna maraq artıq əvvəlki kimi deyil. Məzunlar humanitar fənlərə yönəlməkdə bir o qədər də maraqlı olmurlar.

Day.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyevin sözlərinə görə, marağın azalmasının iki əsas səbəbi var:

1. Əmək bazarına çıxış məsələsi: Üçüncü qrupda bəzi ixtisaslar üzrə iş imkanları getdikcə məhdudlaşır.
2. Keçid ballarının yüksək olması: Üçüncü ixtisas qrupunda ballar digər qruplara nisbətən daha yüksəkdir və bəzi ixtisaslar üzrə qəbul imkanları məhduddur. 

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Избранный
31
day.az

1Источники