RU

Neft Fondu investisiya portfelində AAA reytinqli alətlərin payını azaldıb

Banco.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Neft Fondunun (ARDNF) bu ilin 1 aprel tarixinə istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 37,9%-i "AA" reytinqli olub.

Banco.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Məlumata görə, Fondun istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 23,1%-i "AAA", 25,9%-i "A", 12,2%-i "BBB", 0,8%-i qeyri-investisiya reytinqli olub.

2025-ci ilin 1 aprel tarixində istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 46,5%-i "AAA", 23,4%-i "AA", 17,3%-i "A", 12,4%-i "BBB", 0,4%-i qeyri-investisiya reytinqli olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
banco.az

2Источники