RU

Millimiz Belarusla qarşılaşacaq

Çimərlik futbolu üzrə millimiz aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

"Football-plus.az" xəbər verir ki, yığma hazırlıq dönəmində aprelin 29-da və 30-da Belarus yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki görüşün saat 18.00-da başlanması nəzərdə tutulur.

Millimizə aşağıdakı oyunçular dəvət olunublar:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Избранный
43
7
football-plus.az

8Источники