RU

Robert Pattinson ailəsi ilə görüntüləndi

Olay.az saytına istinadən ain.az xəbər verir.

2024-cü ilin mart ayında ata olan məşhur aktyor Robert Pattinson həyat yoldaşı Suki Voterhaus və qızı ilə birlikdə Los Angeles şəhərində pizza yeməyə çıxıb. OLAY yazır ki, İnternetdə yayılan fotolarda gənc ailənin avtomobillərinin yanında dayandığı və Pattinsonun qızını oturacağa yerləşdirməyə çalışdığı görünür.

Xatırladaq ki, 39 yaşlı Robert Pattinson və 34 yaşlı Suki Voterhaus ötən il Karib adalarında gizli şəkildə evləniblər. Onların münasibəti 2018-ci ilin iyul ayında ictimaiyyətə məlum olub və artıq 2023-cü ilin noyabrında Sukinin hamilə olduğu açıqlanıb. Keçən ilin payızında o, ilk dəfə qızlarının üzünü ictimaiyyətə göstərsə də, hələ də uşağın adını açıqlamayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
olay.az

1Источники