RU

Dərmanı su ilə qəbul etmək vacibdir? -Açıqlama

İnsanların qəbul etdiyi dərmanların təsiri bir çox amillərdən asılı ola bilər. Bu amillərdən biri də dərmanların qida və içkilərlə uyğunluğudur.

Redaktor.az xəbər verir ki, bu barədə klinik farmakoloq Mariya Kostılyova xəbərdarlıq edib.

Onun sözlərinə görə, dərmanları ən yaxşı halda adi su ilə qəbul etmək lazımdır. Çay və qəhvə isə bəzi dərmanların təsirini azalda bilər. Bu, həmin içkilərin tərkibində olan tanin maddələri ilə bağlıdır. Taninlər bəzi dərmanlarla, xüsusilə dəmir tərkibli preparatlarla birləşərək onların təsirini zəiflədir.

Mütəxəssis tövsiyə edir ki, çay və ya qəhvə içdikdən sonra dərman qəbul etməzdən əvvəl ən azı bir neçə saat gözləmək lazımdır. Bundan əlavə, süd məhsulları və kalsium əlavələri bəzi antibiotiklərlə birlikdə qəbul edilməməlidir. Bu, dərmanların orqanizm tərəfindən mənimsənilməsini azalda bilər.

Həkim həmçinin bildirib ki, C vitamini bəzi hallarda hormonal qoruyucu vasitələrin yan təsirlərini artıra bilər. Mədə turşuluğunu azaldan dərmanlar isə antibiotiklərlə eyni vaxtda qəbul edilməməlidir, çünki onların təsiri zəifləyə bilər.

Eyni zamanda, qan laxtalanmasına təsir edən dərmanlar qəbul edən şəxslər K vitamini ilə zəngin qidalardan, məsələn, göyərtilərdən uzaq durmalıdır. Bu, dərmanın təsirinin azalmasının və tromb riskinin qarşısını almağa kömək edir.

Aytəkin TOFİQQIZI

Избранный
42
1
redaktor.az

2Источники