Sosial ödənişlərlə bağlı da yeni güzəştlər tətbiq olunur və nəzərə alınsa ki, həmin güzəştlər əsasən ümumi dövriyyəsi 45.000 manatdan az olanlar üçün 75% təşkil edir, bu təxminən 5% vergi deməkdir. Onun sözlərinə görə, məhz mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız üçün tətbiq olunur və onlar ümumi dövriyyədən 5% vergi ödəyir, digər vergiləri ödəmirlər. Ona görə də həm sosial haqlarda, həm də vergilərdə dövriyyənin nəzərə alınması birbaşa mikro və fərdi sahibkarlıq fəaliyyətinə olan yanaşma ilə bağlıdır. Burada gəlir və xərclərin çıxılması əslində mənfəətin hesablanması deməkdir. Bu halda isə mikro sahibkarlar mənfəət vergisinə də cəlb oluna bilərlər. Ona görə də mövcud mexanizm ümumi dövriyyəyə əsaslanır və güzəştlər də ümumi dövriyyə nəzərə alınmaqla tətbiq olunur.