RU

Ev sahibi olanlara ŞAD XƏBƏR- QAZANCINIZ ARTACAQ

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin (DVX) Media və Kommunikasiya idarəsinin rəis müavini Günel Bəhramqızı Ajans.az-a açıqlama verib. O bildirib ki, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə, eləcə də “Sosial sığorta haqqında” Qanuna bir sıra dəyişikliklər edilmişdir. Vergi ödəyicilərinin geniş kütləsini əhatə edən vacib yeniliklərin qısa, aydın və ünvanlı şəkildə çatdırılması məqsədilə (total məlumatlandırma çərçivəsində), fəaliyyəti aktiv olan vergi ödəyicilərinin uçot məlumat bazasında qeydiyyatda olan mobil telefon nömrələrinə 10 istiqamət üzrə SMS bildirişləri göndərilir.
Bu bildirişlərdən biri aşağıdakı məzmundadır: “Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən tutulan vergi dərəcəsi 14%-dən 10%-ə endirilmişdir.”

Günel Bəhramqızı deyib ki, Dövlət Vergi Xidməti tətbiq olunan dəyişikliklərlə bağlı vergi ödəyicilərinin mütəmadi və kütləvi şəkildə məlumatlandırılmasını həyata keçirir, bu məqsədlə qısa məzmunlu bildirişlər və SMS-lər göndərir.

Избранный
120
Ajans.az

1Источники