RU

Baş Prokurorluq hərbi komissarlıqlarda əməliyyatlar keçirib, vəzifəli şəxslər saxlanılıb - YENİLƏNİB

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində əməliyyat keçirib, saxlanılanlar var.

APA-nın xəbərinə görə, bundan başqa, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Saatlı, Bakının Qaradağ rayon şöbələrində də əməliyyatlar keçirilib, saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

15.29

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində əməliyyat keçirib.

APA-nın əldə etdiyi məlumata görə, qurumda aşkarlanan korrupsiya əməlləri ilə bağlı şöbənin vəzifəli şəxsləri saxlanılıblar.

Onların Bakıya gətirildikləri, barələrində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndəriləcəyi bildirilir.

Избранный
17
6
apa.az

10Источники