
Rusiya ABŞ-də keçiriləcək G20 sammitində ən yüksək səviyyədə iştirak etməyə dəvət olunub.
Missiya.Az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin məlumat verib.
O əlavə edib ki, görüşdə Rusiyanı kimin təmsil edəcəyi hələ də məlum deyil.
Qeyd edək ki, G20 liderlərinin sammiti 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək.
İlahə Qənbərli
Missiya.Az