Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)investisiya portfelinin dəyəri 73,515 milyard ABŞ dolları təşkiledib.
Trend bubarədə fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 11,1 milyardABŞ dolları və ya 17,7% artım deməkdir.
Hesabat dövrünə ARDNF-nin investisiyalarının 71,1%-i və ya52,239 milyardı ABŞ dollarındadır. Bu, ötən ilin eyni dövrünənisbətən 5 faiz bəndi çoxdur.
Eyni zamanda fondun investisiya portfelində avronun payı bir iləvvəlki göstərici ilə müqayisədə 21,4%-dən 16,9,5%-ə və ya 10,845milyard avroya enib.
İnvestisiya portfelində ingilis funt sterlinqinin payı 4,8% vəya 2,660 milyard funt sterlinq təşkil edib ki, bu da illikmüqayisədə 0,3 faiz bəndi azdır.
Həmçinin bu ilin aprelin 1-nə ARDNF-nin investisiya portfelindəÇin yuanının payı 0,2 faiz bəndi azalaraq 2,3% (11,276 milyard),Yapon yeninin payı dəyişməyərək 1,3% (154,867 milyon), digər xaricivalyutaların payı isə eyni səviyyədə qalaraq 3,6% (2,690 milyarddollar ekvivalentində) təşkil edib.