RU

Bakıda əmtəə birjası yaradıla bilər

Müəyyən mərhələdə Bakıda əmtəə birjası yaradılmalıdır.

Aznews.az xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxış edərkən SOCAR-ın ticarət qolu olan "Socar Trading" şirkətinin açıq neft məhsulları üzrə aparıcı treyderı Anar Həbib bildirib.

"Bunun adı Bakı birjası, enerji birjası və s. ola bilər - bu artıq başqa məsələdir. Belə bir layihə Londondakı ICE birjası ilə birgə müəssisə formatında, həmçinin JP Morgan, Goldman Sachs kimi böyük beynəlxalq bankların dəstəyi ilə həyata keçirilə bilər. Əminəm ki, onlar belə təşəbbüsdə iştirak etməkdən məmnun olarlar", - Anar Həbib qeyd edib.

Onun sözlərinə görə, Xəzər regionunda treyderlər, satıcılar və alıcılar arasında uzun müddətdir müzakirə olunur ki, burada effektiv hedcinq mexanizmini necə qurmaq olar.

Избранный
15
10
aznews.az

10Источники