“Bakıda keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan-Latviya münasibətlərinin məzmununda yeni çalarların formalaşdığını göstərdi. Aprelin 22-də verilən bəyanatlar təkcə ikitərəfli əməkdaşlığın cari vəziyyətini deyil, həm də gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu”.
Publika.az xəbər verir ki, bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Millət vəkilinin fikrincə, bu görüşü fərqləndirən əsas məqam siyasi dialoqla iqtisadi əməkdaşlığın və regional təhlükəsizlik gündəliyinin eyni platformada uzlaşdırılması oldu. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli gündəliyin müxtəlif aspektləri, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələlər geniş müzakirə edildi. Bu yanaşma göstərir ki, Azərbaycan-Latviya münasibətləri artıq yalnız klassik diplomatik münasibətlər formatı ilə məhdudlaşmır, regional və qlobal proseslərə dair fikir mübadiləsini də əhatə edir. Xüsusilə Cənubi Qafqaz və Baltik regionlarında təhlükəsizlik məsələlərinin müzakirəsi tərəflərin siyasi dialoqunun keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir.”
Bu kontekstdə sülh prosesi ilə bağlı qarşı tərəfə çatdırılan son məlumatlara ayrıca diqqət çəkildiyini vurğulayan K.Qafarov deyib: