RU

Azərbaycanla Misir arasında özəl sektor üzrə tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub

Bakı. Trend:

Azərbaycan və Misir arasında özəl sektor üzrə tərəfdaşlığıngenişləndirilməsi müzakirə olunub.

Trend bubarədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə(AZPROMO) istinadən xəbər verir.

Belə ki, AZPROMO-da Misir səfiri ilə keçirilən görüşdəqarşılıqlı biznes missiyalarının təşkili və investisiyalarıntəşviqi üzrə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsiaparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-daMisirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda ilə görüşkeçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif AbdullayevAgentliyin fəaliyyət istiqamətləri, Misirlə iqtisadi və ticarətəlaqələri barədə məlumat verib.

Səfir Houssam-Eldine Reda ölkələrimiz arasında iqtisaditərəfdaşlığın dərinləşməsi, yeni biznes təşəbbüslərinin yaranmasıüçün əlverişli şəraitin olduğunu qeyd edib.

Görüşdə ölkələrimiz arasında potensial əməkdaşlıq istiqamətləri,eləcə də qarşılıqlı işgüzar səfərlərin təşkili ətrafında fikirmübadiləsi aparılıb. Əczaçılıq, turizm, nəqliyyat, rabitə, tikintivə infrastruktur sahələrində tərəfdaşlıq imkanları nəzərdənkeçirilib. Tərəflər özəl sektor nümayəndələri arasında əlaqələringenişləndirilməsi, biznes missiyalarının təşkili və qarşılıqlıinvestisiyaların təşviqi istiqamətində birgə fəaliyyətinvacibliyini vurğulayıblar.

Məqalədə:
Избранный
78
6
az.trend.az

7Источники