"Arsenal"da yeni, ancaq tanış ad peyda olub.
Fanat.Az xəbər verir ki, baş məşqçi Mikel Artetanın oğlu ilk dəfə klubun gənclər komandasında oynayıb.
16 yaşlı Qabriel Arteta Bernal 18 yaşadək komandada debütünü "Blekbern"ə qarşı matçda edib. Gənc futbolçu 70-ci dəqiqədə meydana daxil olub və komandasının 3:0 hesablı inamlı qələbə qazanmasına iştirak edib.
Gənc futbolçu bundan əvvəl "İpsviç"lə yoldaşlıq oyununda heyətə salınsa da, bu, onun rəsmi debütü kimi yadda qalıb.
Maraqlıdır ki, yarımmüdafiənin mərkəzində oynayan atasından fərqli olaraq, Qabriel özü üçün cinah yarımmüdafiəçisi mövqeyini seçib.