RU

Çılpaq heykəlin başına çıxmağa çalışan qadın turist cərimələndi

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın Florensiya şəhərində tarixi abidəyə qarşı hörmətsizlik edən turistin hərəkəti ona çox baha başa gəlib. Şəhərin mərkəzində ucalan XVI əsrə aid Neptun heykəlinə dırmaşan gənc qadın indi qanun qarşısında cavab verir.Demokrat.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.Dostları ilə mərcə girən 28 yaşlı qız "Roma tanrısı"na toxunmaq istəyərkən polis tərəfindən saxlanılıb.Mütəxəssislər heykələ baxış keçirdikdən sonra məlum olub ki, bu zarafat abidəyə 5 min avro dəyərində zərər vurub. Polisin məlumatına görə, gənc qadına qarşı bədii və memarlıq abidəsini zədələmə maddəsi ilə ittiham irəli sürülüb.Həmçinin oxu:

iPhone işlədənlərə təcili xəbərdarlıq

'Bu maşını almayın, peşman olacaqsınız'

Yol qırağında bitir, hamı tapdalayıb keçir — Dünyanın ən faydalı tərəvəzi seçildiQeyd edək ki, sözügedən Neptun heykəli 1559-cu ildə Kozimo I Mediçinin sifarişi ilə heykəltaraş Bartolomeo Ammanati tərəfindən hazırlanıb. Bu, Florensiyada turistlərin abidələrə zərər vurduğu ilk hal deyil. Ötən il almaniyalı turist eyni heykəlin alt hissəsindəki mərmər atın dırnağını sındırmışdı.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
66
demokrat.az

1Источники