RU

Qiymət artımlarının qarşısının alınması üçün əsas yol yerli istehsaldır Millət vəkili

525.az saytına istinadən ain.az xəbər verir.

“Ötən ay qida məhsullarının qiymət artımlarının strukturuna diqqət yetirəndə daha çox inflyasiyanın meyvə və tərəvəzlərdə qeydə alındığı görünür. Belə ki, meyvələrdə 3.6, tərəvəzlərdə isə 3.2 faiz qiymət artımları müşahidə olunub. Bütövlükdə,  mart ayında uzun düyü, çörək, toyuq əti, təzə balıq, süd, pendir, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, xiyar, pomidor, şirin bibər, balqabaq, yerkökü, kartof bahalaşıb.Meyvə və tərəvəzin qiymətində daha çox artımların qeydə alınması bir sıra məhsullar üzrə idxalın payının çox olması ilə bağlıdır”.

Bunu 525.az-a iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, dünya bazarında müşahidə edilən qiymət artımları fonunda yerli kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi daha da prioritetləşməkdədir:

“Son qlobal və regional geo-siyasi gərginliklər bir daha təsdiq edir ki, qiymət artımlarının qarşısının alınması üçün əsas yol yerli istehsaldır. Bununla idxal inflyasiyasının təsirlərini minimumlaşdırmaq və istehlak bazarında qiymət optimallığını qorumaq olar”.

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
98
9
525.az

10Источники