RU

Azərbaycan millilərinin Avropa Çempionatındakı rəqibləri bilindi

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yeniyetmələrdən ibarət oğlan və qız Azərbaycan millilərinin Avropa çempionatının qrup mərhələsindəki rəqibləri məlum olub.

Futbolpress.az xəbər verir ki, 25 iyul-3 avqust Rumıniyanın Piteşti şəhərində 18 yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatı “B” divizionunda U-18 millisi “B” qrupunda, Rumıniya, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya yığmalarının rəqibi olacaq. 4-13 iyul tarixlərində isə U-18 qız millisi Litvanın Alitus və Vilnüs şəhərlərində Avropa çempionatı “B” divizionunun “B” qrupunda, Bosniya və Herseqovina, Litva, Kosovo, Ukrayna və İslandiya yığmaları ilə üz-üzə gələcək.

5-13 iyul Albaniyanın Tirana şəhərində 16 yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatı “C” divizionunda U-16 yığması “B” qrupunda, Lüksemburq, Andorra, San Marino və Cəbəllütariq yığmalarının rəqibi olacaq. 20-29 avqust tarixlərində isə U-16 qız millisi Türkiyənin İstanbul şəhərində baş tutacaq Avropa çempionatı “B” divizionunun “B” qrupunda Slovakiya, İsveç, Niderland və Lüksemburq seçmələri ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
62
futbolpress.az

1Источники