RU

Goranboyda 46 yaşlı kişiyə xəsarət yetirən ata və oğlu SAXLANILDI

Goranboyda 46 yaşlı kişiyə kəsici-deşici alətlə xəsarət yetirən ata-bala saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Samir Alıyevə xəsarət yetirməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü İbrahim Ələsov və onun atası 1980-ci il təvəllüdlü Aynur Ələsov saxlanılıb.

İlkin məlumata görə, hadisə məişət zəminində baş verib.

Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Избранный
42
2
bizim.media

3Источники