RU

Rusiya Dnepri VURDU: Ölənlər və yaralılar var

Rusiya ordusunun aprelin 23-nə keçən gecə Dnepr şəhərinə həyata keçirdiyi kütləvi dron hücumu nəticəsində mülki əhali arasında itkilər qeydə alınıb.

Musavat.com xəbər verir ki, son məlumatlara görə, hücum nəticəsində 2 nəfər həlak olub, yaralıların sayı isə artaraq 8-ə çatıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, zərərçəkənlər arasında 9 və 14 yaşlı iki qız uşağı da var.

Hazırda bir nəfərlə əlaqə saxlamaq mümkün deyil, onun axtarışları davam etdirilir.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, gecə saatlarında şəhər bir neçə qrup zərbə pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

Hücum nəticəsində şəhərdəki yaşayış binalarına ciddi ziyan dəyib. Dronlardan birinin birbaşa çoxmərtəbəli binaya çırpılması nəticəsində mənzillərdə yanğın baş verib. Bundan başqa, Dneprin bir neçə rayonunda avtomobillər və mağazalar da alova bürünüb.

Xatırladaq ki, aprel ayı ərzində Rusiya ordusu Dnepr şəhərini mütəmadi olaraq hədəfə alır. Aprelin 10-da baş verən hücum zamanı 8 çoxmərtəbəli bina, aprelin 16-da isə ofis binaları və şəhərin İncəsənət Muzeyi zərər görüb.

Musavat.com

Избранный
108
musavat.com

1Источники