525.az saytına istinadən ain.az xəbər verir.
Moldovada Demokratik Partiyanın keçmiş lideri Vladimir Plaxotnyuka hökm oxunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kişinyov məhkəməsi ona 19 illik həbs cəzası verib.
Plaxotnyuk 3 cinayətdə ittiham olunurdu: cinayətkar qruplaşma yaratmaqla ona rəhbərlik etmə, böyük məbləğdə korrupsiya və çirkli pulların yuyulması.
Ümumilikdə o, ölkənin bank sistemindən 1 milyard oğurlamaqda təqsirləndirilirdi.
Qeyd edək ki, Vladimir Plaxotnyuk 2019-cu ildə rəhbərlik etdiyi partiyanın parlament seçkilərində məğlubiyyətindən sonra ölkəni tərk etmişdi.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.