RU

Pərviz Hacıyev yenidən vəzifəsindən ayrıldı


Respublika Kliniki Uroloji Xəstəxananın baş həkimi Pərviz Hacıyev vəzifəsindən gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
“RKUX-dan yenidən ayrılmaq qərarı verdim. Bu qərarı vermək asan olmadı, amma bunun üçün əsaslı səbəblərim var. Ən başlıca səbəb, hər zaman olduğu kimi, mənim üçün ən vacib olan balaca dostlarıma, xəstələrimə daha çox vaxt ayırmaq ehtiyacıdır”, - həkim yazıb.
Uroloq qeyd edib ki, o, Avropa Uroloji Cəmiyyətinin Təlimat komitəsinə üzv seçilib:
“Bu səbəbdən çox oxumalı, araşdırmalı, yazmalı və bu istiqamətdə daha çox vaxt ayırmalı olduğum işlər də əhəmiyyətli dərəcədə artıb.
TƏBİB və kollektivi hər dönəmdə mənə dəstək olub. Bir müddət əvvəl də öz istəyimlə ərizəmi təqdim etdim və bunu anlayışla qarşıladıqları üçün minnətdaram.
RKUX-dakı həmkarlarıma hər zaman ailəm kimi baxmışam. İllər ərzində yığılan bir çox çatışmazlıqlar, təmir olunası yerlər, əksik avadanlıqlar, cihazlar və alətlər var, amma onların zamanla aradan qaldırılacağına inanıram.
Məni yoran və vaxtımı çox alan məsələlərdən biri də bürokratik yazışmalar və proseslər idi. Ümid edirəm ki, gələcəkdə xəstələrə daha keyfiyyətli xidmət üçün operativ və sürətli qərarların verildiyi rəqəmsal sistemlər tətbiq olunacaq. Bu istiqamətdə süni intellektdən uğurla istifadə edən bir çox ölkə var”.
Xatırladaq ki, Hacıyev bu vəzifəyə 2025-ci ilin oktyabrında təyin olunub. Daha öncə o, 2020-2022-ci illərdə bu vəzifədə çalışıb.
Избранный
71
5
yeniavaz.com

7Источники