RU

Pərviz Hacıyev direktor vəzifəsindən ayrıldı

BAKI, 22 aprel. TELEQRAF

Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev vəzifəsindən ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə P.Hacıyev özü məlumat verib.

"RKUX-dan yenidən ayrılmaq qərarı verdim. Bu qərarı vermək asan olmadı, amma bunun üçün əsaslı səbəblərim var. Ən başlıca səbəb, hər zaman olduğu kimi, mənim üçün ən vacib olan balaca dostlarıma, xəstələrimə daha çox vaxt ayırmaq ehtiyacıdır.

Bununla yanaşı, Avropa Uroloji Cəmiyyətinin Təlimat komitəsinə üzv seçilməyim səbəbilə çox oxumalı, araşdırmalı, yazmalı və bu istiqamətdə daha çox vaxt ayırmalı olduğum işlər də əhəmiyyətli dərəcədə artıb", - deyə qeyd edib.

Onun sözlıeinə görə, illər ərzində yığılan bir çox çatışmazlıqlar, təmir olunası yerlər, əksik avadanlıqlar, cihazlar və alətlər var: "Qmma onların zamanla aradan qaldırılacağına inanıram.

Məni yoran və vaxtımı çox alan məsələlərdən biri də bürokratik yazışmalar və proseslər idi. Ümid edirəm ki, gələcəkdə xəstələrə daha keyfiyyətli xidmət üçün operativ və sürətli qərarların verildiyi rəqəmsal sistemlər tətbiq olunacaq. Bu istiqamətdə süni intellektdən uğurla istifadə edən bir çox ölkə var".

Qeyd edək ki, o, direktoe vəzifəsinə ötən ilin oktyabrında təyin olunmuşdu.

Избранный
61
2
teleqraf.com

2Источники