RU

Hakimliklə bağlı bu qədər danışılan ikinci ölkə görməmişəm Valdas Dambrauskas

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində baş tutan “Sabah” - “Qarabağ” oyunundan (2:1) sonra meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:

"Sabah" ailəsini təbrik edirəm. Bu qələbəni azarkeşlərimizə həsr edirik. Meydanda bizi sona qədər dəstəklədilər. Oyun gərgin və dramatik keçdi. Hər iki komanda mübarizə apardı. Buraxdığımız qola baxmayaraq, sona qədər təslim olmadıq və əzmkarlıq sayəsində qalib gəldik. Finala yüksəlmişik, amma əsas məqsəd kuboku qazanmaqdır".

Baş məşqçi matçdakı mübahisəli epizodlara da münasibət bildirib:

"Hakim qərarlarını şərh etməyi xoşlamıram. Epizodlara baxmışam, bu, hakimlərin işidir. Amma bir məqam var ki, qeyd etmək istəyirəm – işlədiyim ölkələr arasında hakimliklə bağlı bu qədər danışılan ikinci ölkə görməmişəm. Azərbaycanda hər həftə hakim qərarları müzakirə olunur. Əgər futbolun inkişafını istəyiriksə, hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir".

Dambrauskas finaldakı rəqib "Zirə" barədə danışarkən oyunun çətin keçəcəyini vurğulayıb:

"Final heç vaxt asan olmur. Bu, bir oyundan ibarətdir və hər şey mümkündür. Rəqib kim olursa olsun, biz öz işimizi görməliyik. Məqsədimiz titulu qazanmaqdır".

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
4
fanat.az

5Источники