RU

Həsrət Cəfərov 4-cü dəfə Avropa çempionu olub

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir. Üçüncü yarış günündə Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 1-ci olub.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli Murat Fırata qalib gələrək qızıl medala sahib çıxıb.
Həsrət Cəfərov karyerasında ardıcıl 4-cü dəfə Avropa çempionu olub.

Qabil YUSİFOĞLU
XQ

Избранный
32
13
xalqqazeti.az

10Источники