RU

“Karvan” liqadan kənarlaşdırıldı, baş məşqçisinə 6 aylıq cəza verildi

AFFA U-10 Liqasında çıxış edən “Karvan-Yevlax” yarışdan kənarlaşdırılıb, baş məşqçisinin 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bildirilib ki, U-10 Liqasında iştirak edən “Karvan-Yexlax” SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı 3 dəfə öz heyətinə cəlb etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıb və bölgə təmsilçisi yarışlardan kənarlaşdırılıb.

Komandanın baş məşqçisi Oqtay Əlizadənin 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirak etməsi qadağan olunub.

Избранный
46
sportinfo.az

1Источники