RU

Gürcüstan ATƏT in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 22 aprel, AZƏRTAC

Gürcüstan ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunun (FSC) sədri olub. Gürcüstanın sədrliyi rəsmi olaraq aprelin 22-də Vyanada keçirilən açılış iclasında başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Forumunun açılış sessiyasındakı çıxışında regiondakı təhlükəsizlik mühiti, çətinliklər və Gürcüstanın prioritetləri barədə ətraflı danışıb. O, ənənəvi təhlükəsizlik çərçivələrindən kənara çıxan müasir, sürətlə dəyişən təhdidlərə diqqət çəkib və bildirib ki, bu reallığı nəzərə alaraq, FSC yalnız mövcud öhdəlikləri gücləndirməməli, həm də əməkdaşlığı və innovativ yanaşmaları inkişaf etdirməlidir.

Sonda Maka Boçorişvili qeyd edib ki, Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik üçün rəsmi olaraq müraciət edib.

Təhlükəsizlik Əməkdaşlığı Forumuna sədrlik ildə üç dəfə rotasiya olunur. Gürcüstan 2026-cı ilin sentyabr ayına qədər FSC-yə sədrlik edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
2
azertag.az

3Источники