RU

Latviya Prezidenti: Ağ Şəhər mənə çox böyük təəssürat bağışladı

Bakı, 22 aprel, AZƏRTAC

Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı.

AZƏRTAC xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışında deyib.

“Bu ideya hələ 2011-2012-ci illərdə hazırlanıb və Siz əvvəlcə çirklənmiş əraziləri təmizləməyə müvəffəq oldunuz, sonra isə memarlıq möcüzəsini yaradaraq, XX əsrə uyğun müasir şəhəri yaratdınız. Bu, Azərbaycanın potensialını göstərir”, - deyə Latviya Prezidenti bildirib.

Избранный
74
25
azertag.az

10Источники