RU

Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq

Cinayət Məcəlləsində nəzərdə tutulan hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı cəzalara yenidən baxılacaq.

Publika.az Trend-ə istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.

Cinayət Məcəlləsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Избранный
18
19
publika.az

10Источники