RU

Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı

Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə maliyyə fəaliyyətinin auditi zamanı milyonlarla manatlıq avadanlıqların anbarlarda istifadəsiz qaldığı və mühasibat uçotunun düzgün aparılmadığı məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatasının nəşri olan "Dövlət auditi" bülletenində bildirilir.

Audit sübutlarına əsasən, Komitədə faktiki olaraq istifadəyə verilməyən və anbarda mövcudluğu müəyyən edilən ümumilikdə 4 milyon 793 min manat dəyərində avadanlıq aşkar edilib. Bunların arasında ən böyük payı ümumi dəyəri 4 milyon 779 min 547 manat olan 11 min 507 ədəd planşet təşkil edir. Qaydalara zidd olaraq, bu istifadəsiz avadanlıqlar "Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər" əvəzinə "Torpaq, tikili və avadanlıqların dəyəri" hesabında uçota alınıb.

Избранный
49
5
publika.az

6Источники