“Lancet” tibb jurnalında dərc olunan yeni araşdırmaya görə, iqlim dəyişikliyi Avropa və Böyük Britaniyada çiçək tozu (polen) mövsümünü 1990-cı illərlə müqayisədə 1-2 həftə uzadıb.
“The Guardian” qəzetinin məlumatına görə, istiliyin artması və karbon qazının çoxalması səbəbindən ağaclar daha erkən çiçəkləyir və daha çox polen istehsal edir. Bu da milyonlarla insanda allergiya və tənəffüs problemlərini kəskinləşdirir. Tədqiqat göstərir ki, qitədə istilərlə bağlı ölüm halları artıb, quraqlıqlar uzanıb və yoluxucu xəstəliklərin yayılma riski yüksəlib. Mənfi tendensiyalarla yanaşı, Avropa İttifaqında havanın çirklənmə səviyyəsi azalıb, nəqliyyat qəzalarında ölüm halları isə 58 faiz aşağı düşüb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, vəziyyəti düzəltmək üçün vaxt daralır. Onlar ölkələri təcili olaraq neft və qaz kimi yanacaqlardan imtina etməyə, təmiz enerjiyə keçməyə səsləyirlər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”