"Səs-küylü və qıcıqlandırıcı səslər insanda şirniyyata meyl yarada bilər".
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə psixoloq Maria Todorova danışıb.
Onun sözlərinə görə, bu, şirniyyatın orqanizmdə dopaminin sürətli ifrazını stimullaşdırması ilə əlaqədardır. Bu isə kənar səslərin yaratdığı stressi azaltmaq üçün beynin seçdiyi ən qısa yollardan biri hesab olunur.
Psixoloq qeyd edib ki, dopamin həzz gözləntisi, rahatlama və məmnunluq hissində mühüm rol oynayır. Buna görə də insan narahatlıq hiss etdikdə beyin “burada və indi” xoş bir şey əldə etməyi təklif edir və bu da şirniyyata yönəlmə ilə nəticələnə bilər.
Mütəxəssis əlavə edib ki, bu reaksiya xüsusilə insan ətraf mühiti dəyişə bilmədikdə məsələn, ictimai nəqliyyatda və ya səs-küylü tədbirlərdə ortaya çıxa bilər. Bu hal emosional həddindən artıq qidalanmanın bir forması sayılır.
Həmidə İbrahimova