RU

Acunun komandası 10 il öncə çempion olmuş kollektivi 3-cü diviziona göndərdi!

Çempionşipin 44-cü turunda ''Hall Siti'' ''Lester''in qonağı oldu.

Oyun tərəflərdən heç birinə sərf etməyən bərabərliklə yekunlaşdı. Fasiləyə geridə yollanan ''Lester'' ikinci hissədə oyunda dönüş yaradaraq 2 qol vurdu. Amma qələbə hesabını qorumaq mümkün olmadı. Yekunda 2:2-lik heç-heçə qeydə alındı. Bu nəticədən sonra ''Lester''in sona 2 tur qalmış çempionşipdə yerini qorumaq şansı qalmadı.

Beləliklə, 10 il öncə - 2015/16-da premyer-liqada çempion olmaqla İngiltərə futbol tarixinin ən böyük sürprizlərindən birini reallaşdıran komanda gələn mövsüm 1-ci liqada, yəni 3-cü divizionda oynayacaq!

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu ''Hall Siti''nin isə qələbəsiz seriyası 5 oyuna yüksəldi. ''Pələnglər'' sona 2 tur qalmış ''6-lığ''ı tərk edərək 7-ci pilləyə yuvarlandılar.

Premyer-liqaya vəsiqə uğrunda pley-offda iştirak edə bilmək üçün komanda ən pis halda 6-cı pilləni tutmalıdı.

Избранный
28
1
football-plus.az

2Источники