RU

Banqkokda Azərbaycan XİN-in təşkilatçılığı ilə yüksəksəviyyəli tədbir keçirildi

Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə sülh və iqlim dayanıqlılığı mövzusunda yüksək səviyyəli tədbir keçirilib.

Bu barədə Publika.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd olunub ki, "Heç kəsi arxada qoymamaq" şüarı ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və UNESCAP Katibliyinin dəstəyi ilə keçirilən tədbirdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin nazirləri, yüksək səviyyəli dövlət nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər.

Tədbirdə əsas məruzəçi qismində çıxış edən XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmiz tərəfindən kiçik ada dövlətlərinə xüsusi diqqət və qayğının göstərildiyini vurğulayıb.

Səfir Azərbaycanın liderliyi ilə COP29-da iqlim maliyyəsi sahəsində qəbul edilmiş tarixi qərarların ilk növbədə məhz iqlim dəyişmələrinə həssas olan bu ölkələr üçün xüsusi əhəmiyyətini qeyd edib.

Избранный
34
5
publika.az

10Источники