RU

Superliqa klubu rumıniyalı baş məşqçiyə tapşırılıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Türkiyənin “Qaziantep” komandasının yeni baş məşqçisi məlum olub.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Mirel Radoi gətirilib. Onunla 1,5 illik müqavilə imzalanıb.

Rumıniyalı mütəxəssis bu postda Burak Yılmazı əvəzləyib.

Qeyd edək ki, Superliqa təmsilçisi 30 oyundan 37 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
azertag.az

2Источники