BAKI, 22 aprel. TELEQRAF
Macarıstan və Slovakiya Ukraynanın 2026-2027-ci illər üçün 90 milyard avroluq Avropa İttifaqı maliyyələşdirmə planına veto qoyublar, amma proqramda iştirak etməkdən imtina etdiklərini təsdiqləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Aİ diplomatik mənbəsi məlumat verib.
“Macarıstan və Slovakiya 90 milyard avroluq Avropa kreditində iştirak etməyəcəklərini təsdiqləyib”, - mənbə bildirib.