RU

Səyahət xidmətlərində yeni mərhələ: “SABRE” və ABB əməkdaşlığı - FOTO

Səyahət
Turizm xidmətləri sahəsində Azərbaycanda yeni era başlayır. Artıq müxtəlif növ turizm məhsullarından (aviabilet, otel, tur, transfer, dəmir yolu, kruiz və s.) yararlanmaq imkanları daha geniş və əlçatan olacaqdır. Bu imkanları mümkün etmək üçün son bir neçə ildə Sabre Azərbaycan ölkədə səyahət xidmətlərinin rəqəmsallaşması istiqamətində mühüm addımlar atır və ölkənin aparıcı banklarına həllər təklif edir. İlk geniş miqyaslı əməkdaşlıq "Sabre Azərbaycan" və ABB arasında başlamışdır və bankın ekosisteminə yeni xidmətlərin əlavə olunması prosesi uğurla davam edir.
Bu əməkdaşlıq nəticəsində ABB-nin həm korporativ, həm pərakəndə müştəriləri artıq "Sabre"-in qabaqcıl texnologiyalarına əsaslanan sistem vasitəsilə aviabiletləri yaxın zamanda tam onlayn rejimdə əldə edə biləcəklər. Rəqəmsal transformasiya yeni imkanlar sayəsində:
  • Səyahət məhsulları daha şəffaf və idarəolunan olur
  • Əməliyyat xərcləri və vaxt itkisi minimuma endirilir
  • Bankın maliyyə dəstəyi ilə səyahət məhsulları daha əlçatan olur
Hazırda xidmətin funksionallığı mərhələli şəkildə genişləndirilir və istifadəçilər üçün daha sərfəli və rahat həllərin tətbiqi istiqamətində işlər aktiv şəkildə davam etdirilir. "Sabre Azərbaycan" ABB əməkdaşlığı çərçivəsində yaxın perspektivdə:
  • xidmət portfelinin genişləndirilməsi
  • əlavə səyahət məhsullarının inteqrasiyası
  • istifadəçi təcrübəsinin daha da təkmilləşdirilməsi
kimi istiqamətlər üzrə inkişafın davam etdirilməsi planlaşdırılır. "Sabre Corporation" 1960-cı illərdə ABŞ-da yaranan və səyahət sənayesi üçün texnologiya həlləri təqdim edən qlobal korporasiyadır. Şirkət aviaşirkətlər, turizm agentlikləri və turizm sənayesinin digər böyük təşkilatları üçün rezervasiya, paylama və səyahət idarəetməsi sistemləri hazırlayır. "Sabre"-in əsas məhsullarından biri olan qlobal paylama sistemi (GDS) vasitəsilə dünya üzrə çoxsaylı aviaşirkətlər, otellər və digər səyahət xidmətləri bir platformada birləşdirilir və bu sistem vasitəsilə hər gün milyonlarla səyahət əməliyyatı həyata keçirilir. "Sabre" texnologiyaları hazırda dünyanın əksər ölkəsində səyahət və turizm sektorunun rəqəmsal infrastrukturunun əsas elementlərindən biri hesab olunur.Начало формы "Sabre Corporation" dünya üzrə banklar və iri korporasiyalarla bu tip inteqrasiyaların həyata keçirilməsində geniş təcrübəyə malikdir və müxtəlif bazarlarda uğurlu nəticələr əldə edib. "Sabre"ABB arasında qurulan bu əməkdaşlıq Azərbaycanda bank və səyahət texnologiyalarının inteqrasiyası sahəsində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu təşəbbüs həm bank müştəriləri üçün əlavə dəyər yaradır, həm də ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə töhfə verir. Qeyd etmək lazımdır ki, "Sabre Azərbaycan" bazarında fəaliyyətə nisbətən yeni başlasa da, qısa müddət ərzində bir sıra iri layihələri uğurla reallaşdıraraq bazarda güclü mövqe formalaşdırıb. Bu gün "Sabre" Azərbaycan artıq ölkədə innovativ səyahət texnologiyalarının inkişafına töhfə verən əsas oyunçuya çevrilib. Yeni layihələr və əməkdaşlıqlar barədə "Sabre" Azərbaycan tərəfindən məlumatlar olacaqdır. Reklam hüququnda
Избранный
13
50
1news.az

10Источники