RU

Sulutəpə dairəsi ndə sərnişin avtobusu təkərsiz sürüldü VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda hərəkətdə olan sərnişin avtobusunun təkərində yaranan problem insanların diqqətini çəkib.Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü paylaşılıb.Kadrlarda 596 nömrəli xətt üzrə işləyən sərnişin avtobusunun "Sulutəpə dairəsi" adlanan ərazidə təkərlərindən biri olmadan hərəkət etdiyi görünür.596 nömrəli xəttin sahibi "FRövşən" İstehsalat Birliyinin rəhbəri Razim Xanışov faktı oxu.az-a açıqlamasında təsdiqləyib.O bildirib ki, hadisə ötən gün təxminən saat 10-11 arasında Binəqədi rayonunun "Sulutəpə dairəsi"ndə qeydə alınıb."Heç bir qəza baş verməyib. Hərəkətdə olan zaman avtobusun təkəri yağışdan sonra yaranan çalaya düşüb, təkərin boltlarında problem yaranıb və diski qırılıb. Avtobus yolun ortasında olduğundan yolu kəsib və tıxac yaranıb. Buna görə də sürücü yolu boşaltmaq üçün bir qədər irəli hərəkət etməli olub. Yəni ərazidəki yük maşınlarının biri ilə dartılıb çıxarılıb yol kənarına ki, yolu bağlamasın. Sonra evakuator göndərmişik və qaraja gətirilib", - deyə R.Xanışov bildirib.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
64
2
bizim.media

10Источники