Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Kremlin əsas təbliğatçılarından sayılan Vladimir Solovyovun son efiri İtaliya ilə Rusiya arasında diplomatik qalmaqala səbəb olub. Bütün əndazələri aşan Solovyov həmin canlı efirdə İtaliya Baş naziri Giorgia Melonini “fahişə” adlandırıb.
“AzPolitika” xəbər verir ki, baş verənlərlə bağlı İtaliya Xarici İşlər Nazirliyi Rusiya səfirini nazirliyə çağırıb. İtaliya mediasının yazdığına görə, İtaliya Xarici İşlər naziri Antonio Tayani rəsmi etiraz bildirmək üçün Rusiya səfiri Aleksey Paramonovun çağırılmasını əmr edib.
Dünən "Solovyov Live" verilişində Vladimir Solovyov Giorgia Melonini italyan dilində "fahişə" və "faşist məxluq" adlandırıb, çünki o, "sədaqət andı içdiyi Trampa xəyanət edib". ABŞ Prezidentinə “qahmar çıxan” Solovyov hesab edir ki, Meloni sona qədər Trampı dəstəkləməyib və ona qarşı çıxmağa başlayıb. Onun bu sözləri sonradan İtaliyanın böyük media orqanları tərəfindən tirajlanıb.
Məsələyə İtaliyanın Müdafiə naziri də müdaxilə edib.
"Tez-tez açıqlamalar verən İtaliyadakı Rusiya səfirliyindən bu sözlərdən və bu tondan uzaq durmağı tələb etməyi öz vəzifəm hesab edirəm", - deyə İtaliyanın Müdafiə naziri Guido Crosetto bildirib.
Rusiya səfiri isə Solovyovun bu çıxışından məsafə saxlamağa çalışıb və deyib ki, bunlar “kminsə sırf şəxsi, emosional, özəl qiymətləndirmələridir” və bunu Rusiyanın rəsmi mövqeyi kimi qəbul etmək olmaz.
Daha sonra Meloni özü Solovyova “X”-də cavab yazıb və deyib ki, Solovyov kimi "rejim təbliğatçısı” ona dərs verə bilməz.
Xatırladaq ki, Solovyovun Ukrayna müharibəsindən əvvəl İtaliyanın məşhur Komo gölü sahilində bahalı malikanəsi olub. Müharibə səbəbindən tətbiq olunan sanksiyalar nəticəsində həmin malikanə müsadirə olunub və Solovyovun əlindən alınıb.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.