RU

“Vətəndaşlığı dəyişdirmək fikri yox idi” - Rusiya yığmasını seçən həmyerlimiz

"Dinamo"(Moskva) və Rusiyanın U-21 yığma komandasının hücumçusu Ülvi Babayev Azərbaycan milli komandasından imtina etmək qərarı ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, “myaç.ru” saytına müsahibə verən Babayev millimizi seçməməsinə aydınlıq gətirib.

- Milli komanda ilə bağlı: Vətəndaşlıqla bağlı şayiələrə son qoymaq istərdim. Mövqeyiniz dəyişməz olaraq qalır - Azərbaycanı yox, Rusiya millisini seçdiniz?

- Bəli, doğrudur.

- Karantin dövründə hər hansı bir peşmançılığınız oldumu?

- Xeyr, əlbəttə ki, yox. Bir qram da olsun.

- Bu barədə RFF və ya Valeri Karpinin heyətindən kimsə ilə danışmısınız?

- Xeyr, bu barədə heç müzakirə də etməmişik.

- Düşünürdüm ki, Rusiya Premyer Liqasında özünüzü rahat hiss edəcəksiniz, bütün ömrünüzü Rusiyada yaşamısınız və çox güman ki, burada qalacaqsınız. Birdən vətəndaşlığınızı dəyişsəniz, əcnəbi oyunçuya çevrilərdiniz ki, bu da Rusiya klublarında oynamağı çətinləşdirərdi. Ruslarla deyil, məsələn, daha yüksək transfer dəyəri olan braziliyalılarla yarışacaqsınız...

- Mən bunu heç vaxt düşünməmişdim. Mən Ximkidə anadan olmuşam və bütün bu müddət ərzində Rusiyada yaşamışam. Vətəndaşlığımı dəyişməyi heç düşünməmişəm; atamı, anamı, ailəmi və qohumlarımı başa düşürəm və hörmət edirəm. Rusiyada böyümüşəm və inanıram ki, seçim etmək hüququm var - buna görə də Rusiya milli komandasını seçdim.

saytlarin hazirlanmasi

Избранный
26
1
sportal.az

2Источники