RU

Sobçak Solovyovdan prokurora şikayət etdi Video

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiyalı jurnalist Kseniya Sobçak Kremlin təbliğatçısı, televiziya aparıcısı Vladimir Solovyovdan şikayət edib.

Axar.az xəbər verir ki, bu barədə Sobçak Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə Teleqram kanalında müraciət edib.

Jurnalist Solovyovun “Rusiya-1” kanalındakı “Bazar axşamı” verilişində bloger və model Viktoriya Bonyaya ünvanladığı sözlərə diqqət yetirməyə çağırıb:

“Əgər ictimai qınaq Solovyova yaxşı davranış öyrətmirsə, bəlkə də İstintaq Komitəsi ona daha yaxşı davranmağı öyrədəcək”.

Qeyd edək ki, Bonya Rusiya Prezidenti Vladimir Putinə videomüraciət edərək onun diqqətini adi rusların problemlərinə yönəltmişdi. Bundan sonra Solovyov onu təhqir edərək “xarici agent” adlandırmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
axar.az

1Источники